8 Sentyabr 2014 15:07
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Dünya bankından 500 milyon dolar kredit alıb.

Teleqraf.com-un unian.net-ə istinadən verdiyi xəbərə görə, ümumi həcmi 3,5 milyard dollar olacaq yardım krediti ilin sonunadək Ukraynaya çatdırılacaq.

Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda deyilir ki, faizsiz kredit 16 il müddətində verilib.

Xatırladaq ki, bu kredit ABŞ, Ukrayna və Beynəlxalq yenidənqurma və inkişaf bankı arasında 8 avqustda bağlanmış müqaviləyə əsasən verilib.

Samir


Müəllif: