31 May 2019 22:09
2 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Ankaranın S-400-lərlə bağlı ortaq araşdırma qrupu yaradılması təklifini qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu iddianı İngiltərənin MEE internet saytı Türkiyə rəsmilərindən aldığı informasiya əsasında irəli sürüb.

İddia edilir ki, çərşənbə günü Tramp-Ərdoğan müzakirəsi zamanı Tramp ortaq qrup yaratmaq ideyasına qəbul etməklə, buna qarşı çıxan Pentaqon və Dövlət Departamentinin arqumentlərini heçə sayıb.

Qeyd edək ki, Vaşinqton Türkiyənin Rusiyadan aldığı S-400 hava müdafiə sistemlərinin F-35 qırıcı təyyarələri təhlükə altında qoyacağını düşünür. Pentaqon S-400 sistemlərinin F-35 təyyarələrinin məxfi informasiyalarının ələ keçirəcəyi qənaətindədir. Məhz bu səbəblərdən də indiyə qədər Pentaqon və Dövlət Departamenti Ankaranın S-400-lərlə bağlı ortaq texniki araşdırma qrupu yaradılması təklifini rədd edir.


Müəllif: Cavad

Oxşar xəbərlər