ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin rəsmiləri Meksika sərhədindən qanunsuz yolla ABŞ-a daxil olan köçkünlərin biabırçı şəkildə saxlanıldığı ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, Daxili Təhlükəsizlik Nazirliyinin müfəttişlərinin hazırladığı və CNN-in ələ keçirə bildiyi hesabatda Texasın El-Paso bölgəsində gizli saxlama mərkəzində “təhlükəli dərəcədə sıxlıq və gigiyenik baxımdan biabırçı vəziyyət” haqqında danışılır.
Del Norte adlı saxlama mərkəzinin 125 nəfərin qalması üçün nəzərdə tutulduğu, amma mayın əvvəlində 750, mayın 8-dən sonra isə 900-dan çox qaçqının burada yerləşdiyi deyilir. Mərkəzdə yaşamaq üçün sadəcə ayaq üstə durmaqdan başqa seçim yoxdur:
“Saxlanılan bəzi qaçqınlar nəfəs almaq üçün barakın tualetlərində dayanmağa üstünlük verir ki, bu da ayaqyolunda sıxlıq yaradır”.
Sənəddə bildirilir ki, qanunsuz yolla ölkəyə daxil olan qaçqınların bu şəkildə saxlanılması doğru deyil və bir an əvvəl lazımı addımların atılması zəruridir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın qaçqın və miqrantlarla bağlı siyasəti çox sərtdir və bu siyasət ABŞ daxilində ciddi tənqid edilir.