Baş nazir Tereza Meyin yerinə namizəd olan Boris Consonu çox sevirəm.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İngiltərəyə edəcəyi səfər ərəfəsində “Sun” qəzetinə müsahibəsində dilə gətirib.
Qeyd edək ki, Londona səfər çərçivəsində Trampın Boris Consonla görüşə biləcəyi haqda xəbərlər yayılıb.
Bu, seçki ərəfəsi ABŞ-ın Boris Consona dəstəyi kimi yozulur.
Baş nazir Tereza Meyin istefa qərarından sonra onun yerinə keçəcək ən güclü namizəd Boris Conson haqqında danışan Tramp deyib ki, Borisi çox sevir: “Seçiləcəkmi, ya yox, bunu bilmirəm. Amma Boris çox cəsur və istedadlı adamdır. Mənə və ölkəmizə qarşı hər zaman pozitiv münasibət göstərib. Bu, mükəmməl bir seçim olar”.