1 İyun 2019 20:42
1 550
12 Punto 14 Punto 16 Punto 18 Punto

İncirlik bazasında olan İspaniyaya məxsus “Patriot” hava hücumundan müdafiə kompleksinin Türkiyədəki fəaliyyətinin daha 6 ay uzadılması haqda təklifə yaxın günlərdə baxılacaq.

Teleqraf.com xəbər verir ki, bu açıqlamanı İspaniyanın Türkiyədəki səfiri Konzales Barba verib.

İki ölkə arasında hərbi əməkdaşlıqdan danışan səfir xatırladıb ki, Türkiyənin NATO-dan tələbi üzrə Adanadakı İncirlik bazasında İspaniyaya aid “Patriot” hava müdafiə sistemi yerləşdirilib: “İndi bu sistemin Türkiyədə daha 6 ay qalması ilə bağlı qərarın verilməsi anındayıq”.

Səfir əlavə edib ki, İzmirdə NATO-nun hərbi hissəsində 25 ispan əsgər xidmət edir. Onun sözlərinə görə, İspaniya hərbi-sənaye şirkətləri Türkiyə ilə yaxından əməkdaşlıq edir.

Xatırladaq ki, bir neçə gün əvvəl rəsmi Ankara NATO-dakı müttəfiqlərindən Suriya istiqamətindən gələn təhdidlərin qarşısını almaq məqsədilə qurulan “Patriot” hava müdafiə sistemlərinin xidmətinin daha 6 ay müddətinə uzadılmasını tələb edib.


Müəllif: Cavad

Oxşar xəbərlər