Gürcüstanda əhalinin hər bir nəfərinə dövlət büdcəsindən il ərzində 120 ABŞ dolları xərclənir. Bu da Şərqi Avropa ölkələri ilə müqayisədə 16 dəfə azdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Gürcüstanın səhiyyə naziri David Serqeyenko parlamentdə deputatlar qarşısındakı çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, Şərqi Avropa ölkələrində əhalinin hər bir nəfərinə düşən dövlət xərcləri ildə 2 min dollar, Qərbi Avropada 6-8 min dollar, ABŞ-da isə 18 min dollar təşkil edir.