Ukrayna Prezidenti Vladimir Zelenski Brüsseldə Avropa İttifaqı və NATO təmsilçiləri ilə görüşdə Krımın geri qaytarılmasını müzakirə edəcək.
Teleqraf.com xəbər verir ki, bu sözləri prezidentin mətbuat katibi Yuliya Mendel yerli telekanallardan birinə açıqlamasında deyib.
Vladimir Zelenski Brüsselə bu gün yola düşür.
Onun sözlərinə görə, Prezident Administrasiyası şəffaf fəaliyyət göstərir, amma konkret qərar qəbul olunmamış şayiələr əsasında hər hansı söz demək istəmir.
Mətbuat katibi Krımın Ukraynaya məxsus olması barədə mövqeyin dəyişməz qaldığını vurğulayıb.