Türkiyənin Hatay bölgəsindən ölkəyə qeyri-qanuni yolla girməyə çalışan İŞİD qruplaşmasının 3 üzvü saxlanılıb.
Teleqraf.com xəbər verir ki, Suriya ilə sərhəddə yaxalanan terrorçular həbsxanaya göndərilib.
Avtomobillə Türkiyə ərazisinə daxil olmağa cəhd göstərən terrorçuların üzərində axtarış aparılıb, çoxlu sayda silah, partlayıcı maddə ələ keçirilib. Hər üç şəxsin əcnəbi ölkənin vətəndaşları olduğu üzə çıxıb.