7 İyun 2019 15:22
1 983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyalı futbolçu Neymarın Parisdə bir mehmanxana otağında görüşdüyü model Najila Trindadeni fiziki zorakılığa məruz qoyaraq, cinsi təcazvüzə məruz qoyduğu iddia edilmişdi.

Teleqraf.com xəbər verir ki, təcavüz gecəsi baş verən olayın videogörüntüləri ortaya çıxıb.

Neymarın ona təcavüz etdiyini iddia edən Najila Trindadenin videoda futbolçuya hücum etdiyi görünür. Najila bunu bir gün öncə döyüldüyü üçün etdiyini bildirib.

Videoda Neymar və Najilanın birlikdə otağa girdiyi görünür və modelin futbolçunu vurduğu bəlli olur.

Neymarın “Məni vurma” çağırışına modelin cavabı belə olur: “Vurmayım? Səni vuracağam. Səni niyə vurduğumu bilirsən? Çünki dünən məni zorladın, məni yalnız burax”.

Braziliya mediasına danışan Trindade deyib: “Bir-birimizə İnstaqramda mesajlar yazırdıq. Məni Parisə çağırdı, ancaq yol xərcini ödəyə bilmirdim, özü biletimi almış, mehmxana xərclərimi əvvəldən ödəmişdi. O gecə təcavüz edərkən məni vurdu. Məni cinsi əlaqəyə məcbur etdi, dayanmasını istədim, amma dayanmadı. Mənə fiziki zorakılıq tətbiq etdi və hər şey sürətlə baş verdi”.

Neymar isə ittihamları qəbul etməyib, modelin onunla öz istəyi ilə cinsi əlaqəyə girdiyini bildirib.

Videogörüntünü təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər