9 İyun 2019 14:29
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Husilər pilotsuz uçuş aparatları vasitəsilə Səudiyyə Ərəbistanının Cizan şəhərindəki hava limanına hücum ediblər.

Axar.az xəbər verir ki, bu barədə “Əl Masirah” informasiya yayıb.

Məlumata görə, hücum zamanı Səudiyyənin pilotsuz uçuş aparatlarının saxlanıldığı anbar və bunkerlər hədəf seçilib.

Qeyd edək ki, son aylarda husilər Səudiyyə Ərəbistanının Nəcran və Cizan şəhərləri yaxınlığındakı hava limanına bir neçə dəfə hücum ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər