Suriyanın Azez şəhərində Türkiyə Silahlı Qüvvələrinin mövqelərinə hücum edilib.
Teleqraf.com xəbər verir ki, hücum zamanı PKK/PYD terrorçuları raketlə zərbə endiriblər.
TSK-dan verilən xəbərə görə, hadisə nəticəsində 1 türk əsgəri şəhid olub, 4-ü isə yaralanıb.
Buna cavab olaraq TSK-nın sərhəddə və Suriyada olan topçu birlikləri PKK-nın mövqelərini atəşə tutublar.