İngiltərə Baş naziri Devid Kameron terror təşkilatı İŞİD ilə mübarizədə Türkiyənin əməkdaşlıq etmək istədiyini bəyan edib.
Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kameron İŞİD-lə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə NATO sammitində müzakirə apardıqlarını qeyd edib.
Kameron Türkiyə ilə ortaq addım atmalarının lazım olduğunu deyib:
"Türkiyə sərhədindəki təhlükəsizliyi daha da artırmaq üçün hazırda bir çox addım atdı və kömək etməyimiz üçün bizimlə hərbi, kəşfiyyat və təhlükəsizlik sahələrində əməkdaşlıq etmək istəyir”.
İŞİD ilə mübarizədə kürdlərə dəstək verməyi davam etdirəcəklərini bildirən Kameron savaşın iraqlılar tərəfindən idarə edilməsinin lazım olduğunu vurğulayıb.