10 İyun 2019 21:56
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya və Cənubi Koreya azad ticarət haqqında saziş imzalayıb.

Teleqraf.com xəbər verir ki, sənədi Britaniyanın beynəlxalq ticarət naziri Liyam Foks və Koreyanın ticarət naziri Yoo Myung-hee Seulda imzalayıb. Bu saziş iki ölkənin öz biznesini Brexitdən sonra sərbəst şəkildə davam etdirməsini nəzərdə tutur. Brexitdən sonra Cənubi Koreya güzəştli şərtlər əldə edə biləcək.

Xatırladaq ki, 2011-ci ildə Cənubi Koreya və Böyük Britaniya arasında imzalanan azad ticarət müqaviləsindən sonra ölkənin gəliri 12 faiz artıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər