İraqın Baş naziri Adil Əbdülmehdi Saddam Hüseyn rejiminin devrilməsindən sonra ABŞ hərbçilərinin bu ölkədən oğurladığı minlərlə tarixi əsərin geri qaytarılacağını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, baş nazir İraqdan oğurlanan əsərlərin ölkəsinin tarixi irsi olduğunu bildirib.
Adil Əbdülmehdi İordaniyadan bir çox tarixi əsərin təslim edildiyini deyərək, amerikalı hərbçilərin keçən dövr ərzində İraqdan 15 min tarixi əsər oğurladığını vurğulayıb.