ABŞ Dövlət Departamentinin terrorçuluqla mübarizə üzrə koordinatoru Natan Seyls Türkiyəyə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, səfər yaxın bir həftədə baş tutacaq, lakin dəqiq tarix bildirilmir.
Qeyd edilir ki, Dövlət Departamentini nümayəndəsi Türkiyədə xarici terrorçuların repatriasiyası, sərhəd təhlükəsizliyi və PKK, "Əl-Qaidə" və İŞİD terror qruplaşmaları ilə mübarizəni müzakirə edəcək.