Almaniyada terrorçu “Prepper” adlı gizli təşkilata silah tədarükü görən 4 polis həbs edilib.
Teleqraf.com-un məlumatına görə, Skverin prokurorluğu bəyan edib ki, üçü aktiv xidmətdə, biri isə sabiq polis məmuru olmaqla 4 nəfər silah saxlanılıb.
Polislərin 2012-ci ildən bu yana Meklenburq Vorpommern polis idarəsindən silah tədarük etdiyi və bu silahları radikal sağçı “Prepper” təşkilatına yaxın bir şəxsə verdikləri ortaya çıxıb.
Alman mediası xəbər verir ki, “Prepper” adlı gizli təşkilat “X günü” adı verilən bir tarixə hazırlıq görməyi hədəfləyiblər.
“X günü”ndə ölkədəki siyasətçilərə sui-qəsd təşkil edərək daxili müharibə salmaq, ardınca isə dövlət çevrilişi edərək hakimiyyəti ələ almaq planı işə düşməli imiş.