13 İyun 2019 13:16
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksika Prezidenti Manuel Lopez Obrador özünə məxsus olan təyyarəni satışa çıxarıb. O, bəyan edib ki, təyyarənin satışından əldə olunacaq maliyyəni ABŞ-a miqrant axınının qarşısını almaq üçün görülən işlərə sərf edəcək.

Teleqraf.com xəbər verir ki, hazırda ABŞ-ın Kaliforniya əyalətində saxlanılan prezident təyyarəsi bir neçə aydır ki, rəsmən satışa çıxarılıb.

Manuel Lopez Obrador hələ seçki kampaniyası zamanı elan etmişdi ki, prezident seçiləcəyi təqdirdə 2011-ci ildə 218 milyon dollara alınan Boeing 787 model təyyarəni satacaq.

Artıq prezident təyyarəsini satışa çıxararaq xalqa verdiyi vədinə əməl edib.

Bundan başqa, Meksika dövlətə aid olan 60 təyyarəni və 70 helikopteri də satışa çıxarıb.

Meksika prezidentinin təyyarəsinin təxmini qiymətinin 150 milyon dollar olduğu güman edilir.


Müəllif: Cavad