Fransanın paytaxtı Parisdəki evində qulluqçusunu döymə əmri verdiyi iddia edilən Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın bacısı barədə həbs qərarı verilib.
Teleqraf.com xəbər verir ki, şahzadə Həssa bin Salman üçün bu qərar onun 2016-cı ildə Parisdəki mənzilində baş vermiş olayın ortaya çıxmasından sonra qəbul olunub.
Məlumata görə, qulluqçu təmizlədiyi otağın fotolarını çəkib, bundan qəzəblənənən şahzadə Həssas onu döymə əmrini verib. Şahzadə fotoları sosial şəbəkədə paylaşmaq üçün satmaq niyyətində olduğunu iddia etdiyi qulluqçusunu xüsusi mühafizəçisinə döydürüb.
İddiaya görə, əlləri arxadan bağlanan qulluqçu qadın sifətinə zərbə vurulduqdan sonra bağışlanmaq üşün şahzadə Həssanın ayaqlarını öpüb.
Olaydan sonra Fransa mediası qulluqçunun məsələni gizlətmək üçün 8 günlük məzuniyyətə çıxdığını yazıb. Qadını döyən mühafizəçi isə 2016-cı ildə zorakılıq tətbiq etmə və qanunsuz silah saxlama ittihamı ilə həbs olunub.
Həbs əmrinin Məhəmməd bin Salmanla isti əlaqələr qurmağa çalışan Fransa Prezidenti Emmanuel Makronun işini çətinləşdirəcəyi bildirilib. Dünyanın ən böyük neft ixracatçılarından biri olan Səudiyyə Ərəbistanı ilə ticarət əlaqələrini sıxlaşdırmaq istəyən Makron keçən il Ər-Riyadda Məhəmməd bin Salmanla görüşmüşdü.