14 İyun 2019 16:18
2 989
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki il əvvəl sevgili olduğu türk futbolçu Məsud Özil haqda İngiltərə mediasına verdiyi açıqlamalarla gündəmə gələn müğənni Ebru Polat bitmiş sevgi münasibətinin daha bir gizlinini açıb.

Teleqraf.com xəbər verir ki, müğənni fotbolçu ilə arasındakı əlaqənin qeyri-ciddi olduğunu iddia edib.

“Aramızdakı əlaqə qeyri-ciddi idi, buna sevgi demək olmazdı. Çox görüşmədik, bir dəfə tətilə birgə çıxdıq. Təxminən 3 ay telefon vasitəsilə əlaqə saxladıq. İnsan kimi yaxşı idi, amma sevgili kimi heç nə hiss etmədim.

Tətildə olarkən eyni otaqda, eyni yataqda yatdıq, amma cinsi əlaqə olmadıq. Mənə toxunmadı, qadın düşkünü olduğunu düşünmürəm, amma istedadlı oyunçudur”, - deyə müğənni qeyd edib.

Ebru Polat İngiltərədə nəşr olunan “Sun” qəzetinə Məsud Özillə bağlı ilginc açıqlamalar vermişdi.

O, futbolçunun 4 ay onun arxasınca süründüyünü və onu əldə etməyə çalışdığını iddia etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər