15 İyun 2019 16:18
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbrizin mərkəzi həbsxanasında aclıq edən güney azərbaycanlı milli-mədəni fəal Əmir Səttarinin aksiyasının beşinci günündə Urmiyada divarlara onun azadlığa buraxılmasını tələb edən şüarlar yazılıb.

Teleqraf.com xəbər verir ki, şüarlara şəhərin müxtəlif məhəllələrində rast gəlinir. “Əmir Səttari sərbəst buraxılsın”, “Azərbaycanlı milli-mədəni fəal Əmir Səttari azad edilsin” və sair sözlər yazılan şüarlar arasındadır.

Əmir Səttari iyunun 10-da saxlandığı Təbriz həbsxanasında aclıq aksiyasına başlayıb.

Fəal cinayət işində olan iradlar və məhkəmə prosesinin ləngiməsinə etiraz olaraq aclığa başladığını deyib. O, cinayət işindəki iradların təhlükəsizlik orqanlarının qanunsuz müdaxiləsi nəticəsində əmələ gəldiyini bildirib.

Təbriz sakini olan Əmir Səttari həbsindən öncə bu şəhərdəki universitetdə humanitar elmlər üzrə təhsil alırdı.


Müəllif: Səxavət

Oxşar xəbərlər