Rusiyanın Səhiyə Nazirliyi onkoloji xəstəliklərin ən çox yayıldığı regionların adlarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, xəstəliyə ən çox yayılma halları Kursk vilayətində qeydə alınıb – hər yüz min nəfərdə 3331,1 hadisə (ilk dəfə şiş aşkar edilib, yaxud daha əvvəl aşkar olunub).
İkinci yerdə Mordoviya Respublikası dayanır. Burada hər yüz min nəfərdən 3292,1 nəfər onkoloji xəstəliyin daşıyıcısıdır. Növbəti yerlərdə Krasnodar diyarı (3235,2), Kaluqa (3231,4) və Pskov (3110,5) vilayətləridir.
2018-ci ildə Rusiya üzrə orta göstərici hər yüz min vətəndaşa görə 2562,1 olub. Nazirliyin məlumatına görə, son on il ərzində xəstəliyə yoluxma halları 40 faiz artıb.