Misirin sabiq prezidenti Məhəmməd Mursi vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Misir dövlət televiziyası məlumat yayıb.
Sabiq prezidentin məhkəmə zalında öldüyü bildirilir.
Qeyd edək ki, 2012-ci ilin 30 iyununda vəzifəyə gələn M.Mursi 2013-cü ilin 3 iyulunda Misir Silahlı Qüvvələrinin hərbi çevilişi nəticəsində devrilib.