20 İyun 2019 14:30
1 163
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rəsmi Moskva Qüdsdə Rusiya, İsrail və ABŞ nümayəndələri arasında baş tutacaq görüşdə İranın milli maraqlarını nəzərə alacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya təhlükəsizlik şurasının katibi Nikolay Patruşev deyib.

Patruşev Rusiya-İsrail-ABŞ formatında keçiriləcək görüşdə rəsmi Tehranla tərəflər arasında dialoq tərəfdarı kimi çıxış edəcəyini açıqlayıb.

Rusiya təmsilçisi Nikolay Patruşev, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton və İsrail təhlükəsizlik şurasının başçısı Meyr Ben-Şabat arasında görüş 24-25 iyun tarixlərində Qüdsdə keçiriləcək.

Görüşdən əvvəl ABŞ mediasında məsələ ilə əlaqədar ilginc məlumatlar yayılmışdı.

“Röyters” agentliyinin iddiasına görə, Ağ Evdən Rusiyanın görüşdə əvvəlki dönəmlərlə müqayisədə Yaxın Şərqdə ABŞ və İsrailin maraqlarını təhdid edən İranla bağlı müzakirələrə daha adekvat cavab verəcəyini bildiriblər.

Rusiyanın diplomatik dairələrindən məlumat əldə etdiyini iddia edən agentlik qeyd edib ki, Donald Tramp administrasiyası İsrail, ABŞ və Rusiya arasında Qüdsdə Suriya böhranına dair keçiriləcək görüşə diplomatik fürsət kimi baxır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər