21 İyun 2019 09:19
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tbilisinin mərkəzi küçələri etirazçılardan tam təmizlənib.

"Report"un yerli bürosu xəbər verir ki, gecə saatlarında polis gözyaşardıcı qaz və su şırnağı maşını ilə etiraz aksiyasını dağıdıb.

Etirazçılar hakim Gürcü Aruzu Partiyasının Rustaveli prospektindəki ofisinə daxil olublar. Onlar partiyanın kiçik və böyük bayraqlarını yandırıblar.

Aksiya iştirakçıları səhər saatlarında polis maşınını aşırıb, dəyənəklərlə maşını yararsız hala gətiriblər və polislərə daş atiblar.

Polis bir neçə etirazçını saxlayıb.

Hazırda şəhər mərkəzində vəziyyət sakitdir. Bağlanan bütün yollarda avtomobillərin hərəkəti bərpa olunub.

Müxalif Vahid Milli Hərəkat Partiyasının liderləri aksiyanın bu gün parlament qarşısında bərpa olunacağını bildiriblər.

Qeyd edək ki, ötən gün Gürcüstanda bir qrup şəxs parlament qarşısına toplaşaraq Rusiya parlamentinin nümayəndə heyətinin ölkəyə səfərinə qarşı etiraz aksiyası keçiriblər.

Rustaveli prospektini bağlayan etirazçılar rusiyalı deputatların dərhal ölkəni tərk etmələrini tələb ediblər. Hadisə yerinə polis cəlb olunub.

Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı Assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilov parlament spikeri kürsüsündən nitq söyləyəndə qalmaqal yaranıb, Gürcüstan parlamentinin müxalifətçi üzvləri toplantını pozublar. Gürcüstan Xəyalı Partiyası da toplantıya sədrliyin rusiyalı deputatlara yox, qurumun yunanıstanlı baş katibinə həvalə olunmasını tələb ediblər.

Parlament binası qarşısında etirazçılar və polis arasında baş verən qarşıdurma və gözyaşardıcı qazdan istifadə olunması nəticəsində 52 nəfər xəsarət alıb.

Onların 14-ü iştirakçı, 38-i isə polis əməkdaşıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər