ABŞ-ın Filadelfiya şəhərində “Philadelphia Energy Solutions” neft emalı zavodunda partlayış baş verib.
Teleqraf.com xəbər verir ki, partlayışdan sonra güclü yanğın başlayıb. Alov və qatı tüstü bir neçə kilometr məsafədən müşahidə olunub.
Hadisə yerinə onlarla yanğınsöndürən göndərilib. Yanğını nəzarət altına almaq mümkün olub.
Yaralılar və ölənlər haqqında hələlik məlumat yoxdur.