Qəzza sektorunda İsrail hərbçiləri ilə toqquşmalarda 70 fələstinli xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, toqquşmalarda həmçinin təcili yardımın 2 əməkdaşı da xəsarət alıb.
VAFA agentliyin məlumatına görə, İsrail hərbçiləri etirazçılara qarşı döyüş mərmiləri və gözyaşardıcı qaz tətbiq ediblər.