Çeçenistan prezidenti Ramzan Kadırovun evinə silahlı hücum olub.
Teleqraf.com xəbər verir ki, hücum edən şəxs zərərsizləşdirilib.
Prezidentin paytaxt Qroznıdakı evinə dünən axşam saatlarında bir nəfər hücum edib.
Avtomobillə Kadırovun evinin yerləşdiyi küçəyə daxil olan şəxs evin qapısındakı gözətçilərə atəş açmağa başlayıb. Nəticədə iki polis yaralanıb.
Bundan sonra təhlükəsizlik xidmətinin əməkdaşları avtomobildə olan hücumçunu yaxalamağa cəhd edib. Baş verən atışma zamanı hücum edən şəxs öldürülüb.