Türkiyənin müdafiə naziri Hulusi Akar CHP, MHP və İyi Partiyanın liderləri ilə görüşəcək.
Teleqraf.com xəbər verir ki, bu gün nahardan sonra baş tutacaq görüşdə əsasən Rusiyadan alınacaq S-400 hava hücumundan müdafiə sistemi ətrafında müzakirə aparılacaq.
Bundan başqa, müdafiə naziri ABŞ-la yaşanan gərginlik, F-35 qırıcılarına dair yaranan durum və İraqın şimalında keçirilən “Pençe” əməliyyatı ətrafında son durumla da bağlı liderləri məlumatlandıracaq.