25 İyun 2019 17:15
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Böyükşəhər bələdiyyə sədrliyinə keçirilən seçkilərdən sonra hakim Ədalət və İnkişaf Partiyasının fraksiya toplantısında “Cümhur ittifaqı”nın namizədi olmuş Binəli Yıldırıma təşəkkür edib.

Teleqraf.com xəbər verir ki, Türkiyə prezidenti Binəli Yıldırımın İstanbulda bürokrat kimi başladığı xidmət yolçuluğunu parlament sədri kimi bu günə qədər davam etdirdiyini söyləyib:

“Təbii ki, biz Binəli bəyin seçkini qazanmasını arzu edirdik. Ona təşəkkürümü bildirirəm. O bu qədər əldə etdiyi bilgini, layihələri həyata keçirmək üçün namizəd olmuşdu. Amma İstanbul camaatı bu cür qərar verdi.

Bizim üçün vacib olan milli iradənin təcəlli etməsidir. Son seçki kimin qazanmasından çox milli iradənin özünü göstərməsi baxımından qiymətlidir”.


Müəllif: Nərgiz