25 İyun 2019 21:42
1 609
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İran tərəfindən Amerikaya qarşı atılacaq hər hansı addıma qarşı cavabımız böyük və sarsıdıcı olacaq".

Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Tvitter hesabında qeyd edib.

Tehranın kübarlılıq və mərhəmət anlamadığını deyən Tramp əlavə edib ki, İranın anladığı tək şey gücdür: "ABŞ dünyanın ən güclü ordusuna sahibdir. Son iki ildə silahlı qüvvələrə 1,5 milyard dollar vəsait xərclənib".

Tramp qeyd edib ki, İrax xalqı hakimiyyətdəkilərin yanlış idarəetməsindən və terrora yardımlarından əziyyət çəkir.

İranın çox sayda amerikalının öldüyü terror aktlarında əli olduğunu diqqətə çatdıran ABŞ prezidenti rəsmi Tehranın bu gün çox cahil və aşağılayıcı açıqlamalar verdiyini bildirib: "Onlar gerçəkliyi başa düşmürlər. İran tərəfindən Amerikaya qarşı ediləcək hər hansı hücum böyük və sarsıdıcı zərbə ilə cavablandırılacaq. Bəzi hallarda "sarsıdıcı" "yox edici" anlamına gələ bilər. Artıq Con Kerri və Obama yoxdur".

Tramp cümə günü İrana qarşı hava əməliyyatına dəstək verdiyini, ancaq 150-yə yaxın iranlının ölə biləcəyini nəzərə alaraq hücum əmrini dayandırdığını bildirmişdi.

ABŞ İranın ali dini lideri Əli Xamenei və xarici işlər naziri Cavad Zərifə sanksiya tətbiq etməklə diplomatik əlaqələrə tamamilə son qoyub.


Müəllif: Teleqraf.com