Gürcüstanın paytaxtı Tbilisidə iyunun 29-da saat 19:00-da “Azadlıq yürüşü” keçiriləcək.
Bu barədə ölkə parlamentinin binası qarşısında keçirilən aksiyada elan olunub.
Yürüş Birinci Respublika meydanından başlayaraq Azadlıq meydanına qədər davam edəcək.
Aksiyanın təşkilatçıları Gürcüstanın bütün vətəndaşlarını yürüşə qoşulmağa çağırıblar.