9 Sentyabr 2014 23:58
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ebola” virusundan ölənlərin sayı 2296 nəfərə çatıb.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında qeyd olunub.


Məlumatda, virusun sürətlə yayılmasını nəzərə alaraq, qurbanların real sayının, əsasən də Liberiyada, daha çox olduğu bildirilir.


Qeyd edək ki, Syerra-Leonedə virusun sürətlə yayılması səbəbindən sakinlərə evlərini tərk etməyə qadağa qoyulub. Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Marqaret Çen “Ebola” xəstəliyini yalnız 6-9 aydan sonra nəzarətə almaq mümkün olacağını bəyan edib.


Müəllif:

Oxşar xəbərlər