ABŞ Prezidenti Donald Tramp G20 sammitində rusiyalı həmkarı Vladimir Putinlə görüşünün şərait baxımından “Oskar” mükafatının təqdimetmə mərasiminə bənzədiyini bildirib.
Teleqraf.com xəbər verir ki, Rusiya və Amerika KİV-lərinin əməkdaşları danışıqların aparıldığı otaqdan bütün mümkün cihazlardan istifadə etməklə canlı yayım aparıblar. Onların səs-küyü, uğultusu prezidentlərin özlərinin səsinin eşidilməsinə imkan verməyib. İki liderin salamlama nitqindən əvvəl və sonra jurnalistlər qışqıraraq suallar veriblər, protokol çəkilişindən sonra isə nümayəndə heyətlərinin xahişlərinə baxmayaraq, uzun müddət otağı tərk etməkdən imtina ediblər.
“Akademiyanın (ABŞ Kinematoqrafiya Akademiyası) mükafatlandırma mərasimində olduğu kimi... Çox mənasızdır”, – deyə Tramp Putinə müraciətlə deyib.