28 İyun 2019 23:23
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Altı dövlət İranla bağlı ortaq açıqlama ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, İspaniya, Avstriya, Belçika, Hollandiya, İsveç və Sloveniya “Ortaq əməkdaşlıq planı”nın qorunmasının regionun istiqlalı üçün böyük əhəmiyyət daşıdığını bəyan edib.

Bu ölkələr İranla imzalanan “Ortaq əməkdaşlıq planı”nın qorunub saxlanmasına tərəf olduğunu açıqlayıblar.

Avropa Birliyinin 6 ölkəsinin ortaq açıqlamasında İranla imzalanan və BMT Təhlükəsizlik Şurasında səs birliyi ilə qəbul olunan sənədin bölgənin sabitliyi üçün əsas faktor olduğuna diqqət çəkilir.


Müəllif: Cavad

Oxşar xəbərlər