Taliban cihadçıları Əfqanıstanın Gazinə vilayətinin Dehyak qəsəbəsində həyata keçirdiyi silahlı hücum nəticəsində 6 polisi öldürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Gazinə nümayəndəsi Sahi Zubuli məlumat yayıb.
O deyib ki, terrorçuların Dehyak qəsəbəsinin mərkəzində təşkil etdiyi hücum zamanı ölən və yaralananlar olub.
7 nəfərin öldürüldüyünü bildirən icra nümayəndəsi qarşı tərəfin də itkilər verdiyini bildirib.
Taliban isə bəyan edib ki, hücum nəticəsində qəsəbənin mərkəzi nəzarətə götürülüb və 35 nəfər təhlükəsizlik əməkdaşı öldürülüb.