“İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına daxil olan ingilis qadın döyüşçü ölkəsinin baş naziri David Cameronunun kəlləsini rəndələməklə hədələyib.
Teleqraf.com-un “Sözcü”yə istinadən verdiyi xəbərə görə, D.Cameron İŞİD-də iştirak etmək üçün ailəsini və ölkəsini tərk edib Suriyaya gələn qızların sayının günü-gündən artması İngiltərədə narahatlıq yaratdığını deyib.
Bu fikirlərə cavab olaraq İŞİD-ə qatılan 18 yaşlı ingilis qadın Kameronu müsəlmanlar arasında nifaq salmaqda günahlandırıb: “İnşallah Devid Kameronun kəlləsini bir dirəyin üzərində görəcəyimiz gün gələcək”.
Gənc qız Kameronun ingilis vətəndaşlığına malik olan cihadçıların Böyük Britaniyaya qayıtmasını əngəlləmək planlarının da onlarda narahatlıq yaratmadığını bildirib.
Samir