30 İyun 2019 17:44
1 868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Cümhuriyyət Xalq Partiyasından(CHP) olan deputat Mehmət Bekaroğlu İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlunu tənqid edib.

Teleqraf.com xəbər verir ki, O, Əkrəm İmamoğlunun CHP-li bələdiyyə sədrləri ilə keçirilən görüşdə qadın olmamasına diqqət çəkib.

Görüş barədə Şişli Bələdiyyə sədri Muammər Kəskinin Tvitter mikrobloqunda məlumat yayıb.

Deputat öz səhifəsində sözügedən görüş barədə xəbəri payraşaraq "Aranızda bir qadın belə yoxdur, çox çalışın, bəlkə bağışlayarlar" qeydini yazıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər