“İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı mübarizədə bir çox ölkənin gündəmə gətirdiyi "nüvə koalisiyası" ilə bağlı son nöqtəyə gəlinib.
Teleqraf.com-un “Habertürk”ə istinadən verdiyi xəbərə görə, bu gün ABŞ Prezidenti Barak Obama bununla bağlı planını açıqlayacaq. Sabah isə Səudiyyə Ərəbistanın Ciddə şəhərində ABŞ, Türkiyə və Körfəz ölkələrinin xarici işlər nazirləri bir araya gələcək.
Xatırladaq ki, ABŞ rəhbərliyi ötən həftə NATO Sammitində gündəmə gətirdiyi "nüvə koalisiyası” təklifində Türkiyə də daxil olmaqla NATO-ya üzvü olan 10 ölkənin adını hallandırıb.
Samir