“İran hazırda “boz xətdədir”, amma hər an “qırmızı xətt”i keçə bilər, yeni savaşın başlamasına səbəb ola bilər”.
Teleqraf.com xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Yisrael Katz deyib.
Nazir qeyd edib ki, savaş hər an başlaya bilər: “Hərbi qarşıdurma ehtimalı nəzərdə saxlamalyıq. Bu səbəbdən İsrail bütün ssenarilərə hazırlığını davam etdirir”.
İranın uran zənginləşdirilməsində limiti keçməsinin Avropa üçün xəbərdarlıq siqnalı olduğunu deyən Katz qeyd edib ki, bu ölkəni bəsləmək məsələnin həllinə yardım etməyəcək: “Sərt siyasət və sanksiyalarla yanaşı, ABŞ-ın İrana qarşı yürütdüyü siyasət dəstəklənsə, İranın gücünün kağızdan ibarət olduğu üzə çıxacaq”.
Katz bildirib ki, İsrail təkbaşına hərəkət etməyə məcbur olsa belə, İranın nüvə silahına sahib olmasına icazə verməyəcək.