ABŞ prezidenti Barak Obama “İraq-Şam İslam Dövləti” terror təşkilatının mövqelərinə hava zərbələrini davam etdirmək niyyətindədir.
Teleqraf.com-un BBC-yə istinadən verdiyi xəbərə görə, Obama İraq və Suriyada cihadçılara qarşı mümkün uzunmüddətli hərbi əməliyyatlarda konqresmenlərin dəstəyini qazanmaq üçün Vasinqtonda görüş keçirib.
ABŞ prezidenti mübarizəyə yardım etmək məqsədilə hərbçilərin hazırlığı üçün vəsait ayırmağı təklif edib. O, konqresmenlərə hərbi əməliyyatın onların mövqeyindən asılı olmayaraq davam edəcəyini və bu planın yerinə yetirilməsi üçün onun səlahiyyətlərinin kifayət qədər olduğunu açıqlayıb.
Xatırladaq ki, Obamanın 11 sentyabr terror aktının ildönümündən bir neçə saat əvvəl telemüraciətində “İŞİD” ilə mübarizə planını təqdim edəcəyi gözlənilir.
Samir