Bu gün ABŞ-da müstəqillik günü qeyd olunur.
Teleqraf.com xəbər verir ki, Prezident Donald Tramp Linkoln abidəsi önündə çıxış edərək, ölkə prezidentlərinin Ağ Evin xaricinə çıxmamaq ənənəsini dəyişdirəcəyini bildirib
ABŞ üçün mühüm bayram hesab olunan bu günlə bağlı dəyişən ənənə yalnız bu olmayacaq. Eyni zamanda Vaşinqtonun küçələrində tanklar sərgilənəcək, hərbi təyyarələr havada pərvazlanacaq. Həmçinin bu il atəşfəşanlıq indiyə qədər olanlardan ən böyüyü olacaq.
Qeyd edilir ki, bu məqsədlə tanklar Ağ Evin qarşısına gətirilib.