Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova İranın nüvə proqramı ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, XİN rəsmisi açıqlamada İranın nüvə silahına sahib olmaq ehtimalının olmadığını deyib.
Zaxarovanın sözlərinə görə, İranın uranın zənginləşdirilməsi üzərindəki fəaliyyəti Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nəzarəti altında həyata keçirilir: “MAQATE hər şeyə nəzarət edir, hesab edirik ki, buna görə də nüvə silahının yayılma təhlükəsi yoxdur”.
XİN rəsmisi rəsmi Moskvanın Tehranın MAQATE ilə şəffaf əməkdaşlığının davam edəcəyinə ümid etdiyini bildirib.