İranda qəsdən adam öldürmədə ittiham olunaraq edama məhkum edilmiş 3 nəfər dar ağacından asılıb.
Teleqraf.com xəbər verir ki ki, 7 il əvvəl qətl törədən və həmin vaxtdan həbsdə saxlanılan iki məhkum (Həsən Bəradəran və Mehdi Əsədi) Rəcayişəhr həbsxanasında edam edilib.
Həmçinin 4 il əvvəl Sərbişə şəhərində qayınanası və baldızını qətlə yetirən, adı mediaya açıqlanmayan daha 1 məhkum Bircənd həbsxanasında dar ağacından asılıb.
Məhkumun edam edildiyi tarix açıqlanmayıb.