"Cümə günü elan edilən atəşkəs rejimi çətin həyata keçirilir".
Teleqraf.com-un xəbərinə görə, bunu Ukrayna prezidenti Petro Poroşenko hökumətin genişləndirilmiş iclasında bildirib.
O, əlavə edib ki, buna baxmayaraq, ölkənin şərqində geniş miqyaslı əməliyyatlar müşahidə olunmur.
O, atəşkəs rejiminə ciddi riayət olunması və monitorinqlərin aparılması ilə bağlı ATƏT nümayəndələri ilə məsləhətləşmələr aparmaq lazım olduğunu bildirib.
Poroşenko deyib ki, atəşkəs əldə olunduqdan sonra ölkənin şərqində 700 hərbçi əsirlikdən azad edilib: "Daha 500 nəfərə yaxın əsir düşən hərbçi azad olunmalarını gözləyir".
Qeyd edək ki, atəşkəs rejimi sentyabrın 5-dən etibarən tətbiq edilir.
Nihad