Boluda keçirilən əməliyyat zamanı “californium” adlı 18,1 qram radioaktiv maddə ələ keçirilib.
Teleqraf.com xəbər verir ki, polis Bolu şəhər mərkəzində şübhəli avtomobili saxlayıb və axtarış aparıb.
Axtarış zamanı nüvə silah başlıqları və atom enerjisi stansiyasında istifadə olunan radioaktiv maddə ələ keçirilib.
Radioaktiv maddə araşdırılması üçün Türkiyə Enerji Təşkilatına göndərilib.
Polis ələ keçirilən maddə ilə bağlı 5 nəfəri həbs edib.