Konqo Demokratik Respublikasında sərnişin avtobusunun aşması nəticəsində 9 nəfər ölüb, 47 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli radio “Radio Okapi” məlumat yayıb.
Qeyd olunub ki, hadisə Kikvit şəhərinin yaxınlığında yerləşən Kvilu vilayətində qeydə alınıb. Sərnişin avtobusu paytaxt Kinşasaya gedərkən üç avtomobillə toqquşub.
İlkin ehtimala görə, qəzaya səbəb yüksək sürət olub.