7 İyul 2019 22:30
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan ruhaniləri sabah Tbilisidə keçirilməsi planlaşdırılan cinsi azlıq tərəfdarlarının “Ləyaqət yürüşü”nün qarşısını alacaqlarını bildiriblər.

Teleqraf.com xəbər verir ki, bir qrup ruhani şəhərin mərkəzində xəbərdarlıq yürüşü keçirib.

Onlar bildiriblər ki, sabah səhər saat 06:00-dan başlayaraq Tbilisinin mərkəzi prospekt və küçələrinə nəzarət olunacaq.

Ruhani David İsakadze deyib ki, LGBT tərəfdarlarının yürüşü Gürcüstan dövlətçiliyinə qarşı yönəlmiş böyük təxribatdır: “Gürcüstan əhalisinin 97 faizi bu aksiyanın keçirilməsini dəstəkləmir. Biz əxlaqsızlıq yürüşünün baş tutmasına imkan verməyəcəyik”.

Qeyd edək ki, “Tbilisi Pride” təşkilatı sabah Gürcüstan paytaxtında “Ləyaqət yürüşü”nün keçiriləcəyini elan edib. LGBT tərəfdarlarının iştirak edəcəyi yürüşün yeri və vaxtı açıqlanmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər