8 İyul 2019 08:06
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Somalidə "Əş-Şabab" terror qruplaşmasının üzvləri ötən həftə ərzində ən azı 10 nəfəri casusluqda şübhəli bilərək edam ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə “RFİ”nin Afrika bölməsi məlumat yayıb. Qeyd olunub ki, 3 iyul tarixində yaraqlılar 5 nəfəri Somali, Keniya və Amerika lehinə casusluqda ittiham edərək qətlə yetiriblər.

Növbəti gün isə daha beş nəfəri edam ediblər. Edamlar ölkənin cənubunda, terrorçu qurplaşma üzvlərinin daha çox olduğu ərazilərdə həyata keçirilib.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər