8 İyul 2019 12:07
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın qərbində 5,7 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat verib.

Seysmoloqların bildirdiyinə görə, yeraltı təkanlar Bakı vaxtı ilə səhər saat 11:00-da qeydə alınıb, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələnin episentri Məscide-Süleyman şəhərindən 37 km cənub-şərqdə və Əhvaz şəhərindən 87 km məsafədə yerləşib.

Hələlik dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər