8 İyul 2019 16:07
1 652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk Silahlı Qüvvələrinin silahlı pilotsuz uçuş aparatının şərqi Aralıq dənizində görünməsi və Şimali Kiprdə müşahidələr aparması İsraildən Kanadaya qədər həyəcan yaradıb.

Teleqraf.com xəbər verir ki, Türkiyə ilə Cənubi Kipr Respublikası və Avropa Birliyi arasında Aralıq dənizində qazıntı, axtarış işlərinə görə gərginlik yaşanır.

Belə bir atmosferdə Türk Dəniz Qüvvələrinə məxsus PUA-nın Aralıq dənizinin şərq hissəsində müşahidələr aparması beynəlxalq aləmdə reaksiyalara səbəb olub.

Qeyd olunur ki, qazma işləri aparan “Fatih” qazma gəmisinə “Sultan Yavuz” gəmisi də qoşulmaq ərəfəsindədir. 7 gün 24 saat uçuşlar həyata keçirən PUA-dan başqa Türkiyəyə aid F-16 qırıcıları da qazma işi aparan gəmilərin mühafizəsini həyata keçirir. PUA-nın Şərqi Aralıq dənizində müşahidələr aparmasını Türkiyəyə yaxın ölkələr diqqətlə izləyir.

Yunanıstan, İsrail və Kanada mediası Türkiyə tərəfinin addımlarını, PUA-lar haqqında informasiyaları paylaşaraq regionda baş verənləri anlamağa çalışır.

İsrailin məşhur “Haaretz” qəzetinin redaktoru sosial şəbəkələrdə təəccübünü ifadə edərək “Saatlarla orada uçan türk dronudur?” deyə sual edib.

Xatırladaq ki, ötən həftə Türk Silahlı Qüvvələrinin arsenalında olan yeganə sualtı qayıq da Aralıq dənizində qazıntı, kəşfiyyat araşdırma aparan “Fatih” gəmisini mühafizə etmək məqsədilə hərəkətə gətirilib.


Müəllif: Cavad

Oxşar xəbərlər